20 May 2024
HƏMAS-la müharibə ilboyu davam edəcək

HƏMAS-la müharibə ilboyu davam edəcək

31 Yanvar 2024
Baxış: 471

Qəzzada ən ağır döyüşlər Xan Yunis şəhərində gedir. İsrail ordusu burada girovlarla birgə tunellərdə gizləndiyi güman edilən HƏMAS liderlərini öldürməyə və ya ələ keçirməyə ümid edir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib.

İsrail hərbi kəşfiyyatı bildirib ki, HƏMAS-ın beş döyüş briqadasından ikisinin komandirlərinin əksəriyyəti öldürülüb və ya əsir götürülüb. Ümumilikdə 35 min HƏMAS döyüşçüsündən təxminən 9 mini öldürülüb.

Bununla yanaşı, İsrail rəsmisi bildirib ki, Təl-Əvivin qarşısına qoyduğu məqsədlərə çatması üçün hələ çox aylar var, o cümlədən sursat və silahların ələ keçirilməsi və ya məhv edilməsi, həmçinin HƏMAS hərbi bazaları və tunellərinin sıradan çıxarılması da bura daxildir.

Onun sözlərinə görə, müharibə cari ildə davam edəcək, hətta daha çox vaxt apara bilər.

"Blumberq"in Yaxın Şərq üzrə baş redaktoru Ethan Bronner də bildirib ki, İsrail HƏMAS-ın məhvinin tez baş verməyəcəyini bildiyi üçün girovların azad edilməsi müqabilində uzunmüddətli və ya daimi atəşkəsə qarşı çıxır.