17 May 2024
HƏMAS 14 azərbaycanlını ƏSİR GÖTÜRDÜ

HƏMAS 14 azərbaycanlını ƏSİR GÖTÜRDÜ

16 Oktyabr 2023
Baxış: 702

14 Azərbaycan vətəndaşı HƏMAS terror qruplaşmasının əsirliyindədir.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Guney Azfront" teleqram kanalı məlumat yayıb.

HƏMAS terror qruplaşması son hücumları nəticəsində həlak olan və itkin düşən məhbusların siyahısını 44 ölkə vətəndaşının daxil olduğu “Əl-Əqsa fırtınası” adlı milliyət təsnifatı ilə təqdim edib.

Siyahıya əsasən, HƏMAS terrorçuları İsraildə 14 Azərbaycan vətəndaşını əsir götürüb, 3 nəfəri öldürüblər, 1 nəfər isə itkin düşüb.//News24.az