18 May 2024
Həbsdən çıxan nazir ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

Həbsdən çıxan nazir ümumilli lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR

12 Dekabr 2022
Baxış: 345

Bir müddət əvvəl həbsdən buraxılan Naxçıvan Muxtar Respublikasının (MR) keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsəgərov ilk dəfə ictimaiyyət arasına çıxıb.

AJMEDİA.İNFO xəbər verir ki, keçmiş nazir Milli Qəhrəman İbad Hüseynovla birlikdə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Qeyd edək ki, Vəli Ələsgərov 14 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, 2016-cı ildə həbs edilib. Ali Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli qərarı azadlığa buraxılıb.