18 May 2024
Hebronda yəhudilər və ərəblər arasında toqquşmalar baş verir

Hebronda yəhudilər və ərəblər arasında toqquşmalar baş verir

13 İyun 2020
Baxış: 460

İyunun 13-ü, şənbə günü IHQ-nin mətbuat xidməti, dünən gecə Hebronda şəhərin yəhudi və ərəb hissələrinin sakinləri arasında silsilə qarşıdurmaların baş verdiyini bildirib. Ərəblərə məxsus bir neçə avtomobilə ziyan dəyib. Toqquşma iştirakçıları daşlardan və Molotov kokteyllərindən istifadə ediblər.

Hadisə yerinə gələn IHQ-nin hərbçiləri kütləni dağıtmaq üçün tədbirlər görməyə məcbur olublar.

Həmçinin dünən gecə ərəblərə məxsus avtomobillərə qəsdən ziyan vurulub. Ayrıca, yeşivalardan bir qrup tələbə, asayişi bərpa edən Golani briqadası döyüşçüsünün köməyi ilə bir ərəbə hücum edib.

Teqlər: Hebron