17 May 2024
“Hazırda bu yolların açılması məsələsi Azərbaycanla müzakirə olunur”- Paşinyan DETALLARI AÇIQLADI

“Hazırda bu yolların açılması məsələsi Azərbaycanla müzakirə olunur”- Paşinyan DETALLARI AÇIQLADI

28 Oktyabr 2021
Baxış: 580

“Üçtərəfli bəyanatda regiondakı bütün nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyi əks olunub. Bu o deməkdir ki, mövcud dəmir və avtomobil yolları açılmalıdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu yollar region ölkələri üçün əlçatan olmalı, yük və sərnişin daşımalarına xidmət etməlidir:

“Kommunikasiyaların açılması düşmənçilik deyil, sülh və təhlükəsizliyin bərpası məntiqinə əsaslanmalıdır. Hazırda bu yolların açılması məsələsi müzakirə olunur” – Paşinyan qeyd edib.(konkret.az)