18 May 2024
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ

21 İyul 2023
Baxış: 595

Bakıda və Abşeron yarımadasında iyulun 22-si və 24-də şimal-qərb küləyinin 15-18 m/s, 24-də yarımadanın bəzi yerlərində arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən AJMEDİA.İNFO-ya verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 21-24-də əsasən gündüz saatlarında bəzi şimal və qərb rayonlarında arabir yağış yağacağı gözlənilir.

Yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.