19 May 2024
"Haredim" etirazları Yerusəlim və Beyt Şemeşdə keçirilib

"Haredim" etirazları Yerusəlim və Beyt Şemeşdə keçirilib

29 İyun 2023
Baxış: 491

Yerusəlimdə ultra-ordodoks icmasının nümayəndələri tramvay çəkilməsinə, Beyt Şemeşdə hərbi xidmətdən yayınan altı dindar qızın saxlanmasına etiraz ediblər.

AJMEDİA.İNFO xəbər verir ki, Hüquq-mühafizə orqanlarının mətbuat xidmətindən verilən məlumata görə, Yerusəlim və Beyt Şemeşdə “haredim” polislə üz-üzə gəlib, daş və butulka atıb, zibil qutularını yandırıb.

Polis bildirir ki, Yerusəlimdə böyüklər uşaqlardan “qalxan” kimi istifadə ediblər. Azyaşlılardan biri polis əməkdaşına daş atandan sonra saxlanılıb.