19 May 2024
Hansı rayonda neçə nəfər kasıb yaşayır? – Rayonlar üzrə TAM SİYAHI

Hansı rayonda neçə nəfər kasıb yaşayır? – Rayonlar üzrə TAM SİYAHI

18 Avqust 2021
Baxış: 938

Bu ilin iyul ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 62 min ailənin 264 min 149 üzvü ünvanlı dövlət sosial yardım alıb.

AJMEDİA.İNFO xəbər verir ki, yeniavaz-ın açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 26,7% və ya 22,6 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 25,9% və ya 87 min 638 nəfər azalıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 24 min 860 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar – 18 min 985 nəfər.

Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 17 min 373, Salyan rayonunda isə 10 min 642 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (95 nəfər), Balakən (181 nəfər) və Naftalan (257 nəfər) rayonları yer alıb.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:

Şəhər və rayonlar Ünvanlı dövlət sosial yardımı alanların sayı,
(nəfər)
Respublika üzrə – cəmi 264 149
Bakı şəhəri – cəmi 24 860
Xızı rayonu 498
Abşeron rayonu 3 213
Sumqayıt şəhəri 8 376
Gəncə şəhəri 7 452
Qazax rayonu 2 331
Ağstafa rayonu 690
Tovuz rayonu 8 255
Şəmkir rayonu 2 921
Gədəbəy rayonu 993
Daşkəsən rayonu 1 562
Samux rayonu 1 327
Göygöl rayonu 3 877
Goranboy rayonu 6 265
Naftalan şəhəri 257
Balakən rayonu 181
Zaqatala rayonu 949
Qax rayonu 341
Şəki şəhəri 5 832
Oğuz rayonu 567
Qəbələ rayonu 524
Astara rayonu 2 572
Lənkəran şəhəri 18 985
Lerik rayonu 3 217
Yardımlı rayonu 8 698
Masallı rayonu 17 373
Cəlilabad rayonu 8 975
Qusar rayonu 4 362
Xaçmaz rayonu 5 527
Quba rayonu 4 097
Şabran rayonu 3 736
Siyəzən rayonu 1 601
Göyçay rayonu 494
Beyləqan rayonu 3 872
Ağcabədi rayonu 5 870
Bərdə rayonu 4 552
Neftçala rayonu 2 635
Biləsuvar rayonu 4 531
Salyan rayonu 10 642
Yevlax şəhəri 7 664
Mingəçevir şəhəri 6 175
Ağdaş rayonu 3 601
Ucar rayonu 2 411
Kürdəmir rayonu 1 947
İmişli rayonu 1 689
Saatlı rayonu 2 375
Sabirabad rayonu 2 852
Hacıqabul rayonu 2 280
Şirvan şəhəri 2 863
Cəbrayıl rayonu 1 507
Füzuli rayonu 4 807
Ağdam rayonu 7 056
Tərtər rayonu 1 740
Xocalı rayonu 718
Şuşa rayonu 980
Xocavənd rayonu 467
Xankəndi şəhəri 95
Kəlbəcər rayonu 4 172
Laçın rayonu 4 503
Qubadlı rayonu 884
Zəngilan rayonu 798
Qobustan rayonu 475
İsmayıllı rayonu 670
Ağsu rayonu 1 843
Şamaxı rayonu 4 140
Naxçıvan Muxtar Respublikası – cəmi 2 151