18 May 2024
Haitidə tanker partladı: 60 ölü, 47 yaralı

Haitidə tanker partladı: 60 ölü, 47 yaralı

14 Dekabr 2021
Baxış: 461

Haitidə partlayış nəticəsində 60 nəfər həlak olub.

AJMEDİA.İNFO xəbər verir ki, Hadisə ölkənin şimalında yerləşən Kap Aityen şəhərinin limanında yanacaq tankerinin partlaması nəticəsində baş verib.

Şəhərin vitse-meri Patrik Almonorun sözlərinə görə, fövqəladə hadisədən əvvəl avtoqəza olub. Tankerin sürücüsü motosikletlə toqquşmadan qaçmağa çalışıb. Qəzadan sonra isə hadisə yerində olan 100-ə yaxın adam tankerdən axan yanacağı yığmağa çalışıb. Bu zaman da partlayış baş verib.

Yeril medianın məlumatına görə, ağır yaralanan 47 nəfər xəstəxanaya yerləşdirilib. Onlara lazımi köməklik göstərilir.

Teqlər: Haiti