17 May 2024
Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başladı

Gürcüstanda Saakaşviliyə dəstək aksiyası başladı

13 Noyabr 2021
Baxış: 470

Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə parlament binası qarşısına toplaşaraq ona dəstək üçün növbəti aksiya keçirirlər.

AJMEDİ.İNFO bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Hazırda parlamentə bitişik Rustaveli prospektinə patrul polis briqadaları səfərbər edilib.

Aksiyanın təşkilatçıları Vahid Milli Hərəkat müxalifət partiyasının üzvləridir. Etirazçıların əsas tələbləri Saakaşvilinin həbsxana xəstəxanasından mülki klinikaya köçürülməsi, azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsidir.

Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb.