17 May 2024
Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları bərpa edilir

Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları bərpa edilir

08 İyun 2020
Baxış: 439

Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları iyunun 15-də bərpa ediləcək.

AJM-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökuməti tərəfindən sərəncam imzalanıb.

Gürcüstan Dəmiryolları Şirkəti (Georgian Railways) Səhiyyə Nazirliyinin təlimatlarına və müvafiq protokollara uyğun olaraq, daşımaların bərpa edilməsinə hazır olduğunu açıqlayıb.

Qeyd edək ki, Gürcüstanda dəmir yolu ilə sərnişin daşımaları martın 23-də dayandırılıb.