Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensi...
1 saat əvvəlGürcüstanda daxili turizm bərpa edilib
15 İyun 2020
Baxış: 464
Gürcüstanda bu gündən etibarən daxili turizm bərpa edilib.
AJM-nın yerli bürosu xəbər verir ki, müvafiq qərar mayın 7-də Gürcüstan Qurumlararası Kordinasiya Şurasının İqtisadi Qrupu tərəfindən açıqlanıb. Qərara əsasən, iyunun 15-dən etibarən ölkə ərazisində fəaliyyət göstərən turizm obyektlərinin, daxili turların, həmçinin dövlət qoruqlarının fəaliyyətini bərpa etməsinə icazə verilir.
Qeyd edək ki, Gürcüstan xarici turizmi iyulun 1-də bərpa etməyi planlaşdırır. Bu məqsədlə qonşu ölkələrə təhülkəsiz dəhlizlərin yaradılması istiqamətində müzakirələr aparılır.