15 May 2024
Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədində saxlanıldı

Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədində saxlanıldı

22 Noyabr 2021
Baxış: 562

Gürcüstan vətəndaşı Polşa-Belarus sərhədinin miqrantlar tərəfindən qanunsuz keçilməsinə göstərdiyi köməyə görə saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Polşanın Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 21-də sərhədi qanunsuz keçməklə bağlı 346 cəhd qeydə alınıb və ikisi Suriya, biri Gürcüstan vətəndaşı olmaqla üç nəfər saxlanılıb.

Qeyd edək ki, Polşa-Belarus sərhədində miqrantlarla bağlı vəziyyət gərgin olaraq qalır. Polşa sərhəddə nəzarəti gücləndirib və əraziyə hərbi qüvvələr səfərbər edib.