17 May 2024
Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı

Gürcüstan Prezidenti Saakaşvilinin əfv olunması ilə bağlı mövqeyini açıqladı

03 Noyabr 2021
Baxış: 414

“Keçmiş prezidentin əfvi ilə bağlı mövqeyim dəyişməz və qəti olaraq qalır – xeyr və heç vaxt”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili keçirdiyi xüsusi brifinqdə deyib.

Onun sözlərinə görə, sabiq dövlət başçısı Gürcüstana qanunsuz gəlib və məqsədi ölkədə qeyri-sabitlik yaratmaq olub: “Mən bu məsələyə bir daha qayıtmayacağam”.

Qeyd edək ki, qonşu ölkənin üçüncü prezidenti Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidə 12 saylı həbsxanada olan siyasətçi artıq 34-cü gündür aclıq aksiyası keçirir.