17 May 2024
Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi təsdiqləyib

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi təsdiqləyib

21 İyun 2020
Baxış: 427

Gürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan Konstitusiya düzəlişi layihəsini ilk oxunuşda qəbul edib.

AJM-nın yerli bürosu xəbər verir ki, bu gün keçirilən səsvermədə parlamentin 142 üzvü iştirak edib, onlardan 136-sı dəyişikliyin lehinə, 5-i isə əleyhinə səs verib.

Düzəlişə əsasən 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.

Teqlər: Gürcüstan