17 May 2024
Gürcüstan azərbaycanlıları prezident İlham Əliyevdən quru sərhədlərin açılmasını xahiş edirlər

Gürcüstan azərbaycanlıları prezident İlham Əliyevdən quru sərhədlərin açılmasını xahiş edirlər

23 Avqust 2023
Baxış: 507

Gürcüstanda yaşayan etnik azərbaycanlılar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək adamların bir-birinə gedib-gələ bilməsi üçün quru sərhədlərin açılmasını xahiş ediblər.

3 il öncə koronavirus pandemiyası səbəbindən Azərbaycanla Gürcüstan arasında quru sərhədləri bağlanıb.

Gürcüstanda yüz minlərlə azərbaycanlı, Azərbaycanda isə etnik gürcülər yaşayırlar. Onların çoxunu ailə bağları birləşdirir, lakin uzun müddətdir ki, bu yaxınlıqdan məhrumdurlar.

1 mindən çox adamın imzaladığı müraciətə Azərbaycanda yaşayan gürcülər də qoşulur, sənəddə qeyd olunur.

Müraciət gürcüstanlı hüquq müdafiəçisi, etnik azərbaycanlı Samirə Bayramovanın təşəbbüsü ilə tərtib edilib və sosial şəbəkələrdə yerləşdirilib. Turan