Sahil Babayev nazir olandan sonra pensiya yaşına çatıb pensi...
24 dəqiqə əvvəlGürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılır
21 İyul 2020
Baxış: 431
Gürcüstan-Azərbaycan sərhədi birtərəfli qaydada açılacaq.
AJM-nın yerli bürosunun məlumatına görə, yaxın günlərdə Azərbaycanda qalan Gürcüstan vətəndaşlarının ölkələrinə qayıtmalarına icazə veriləcək. Vətəndaşlar hər gün saat 10:00-13:00-da sərhəd keçid məntəqələrindən ölkələrinə keçə biləcəklər.
Bildirilib ki, məsələ ilə əlaqədar hər iki ölkənin aidiyyəti qurumları arasında razılıq əldə edilib və sərhədlərin açılacağı tarix müəyyənləşdirilir.
Gürcüstana qayıdan şəxslərin 14 gün müddətinə karantində saxlanılacağı bildirilib.