17 May 2024
“Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

“Gürcü Arzusu” seçkilərdə qələbəni qeyd edir

02 Oktyabr 2021
Baxış: 492

Gürcüstanın "Gürcü Arzusu" Partiyasının Tbilisi meri vəzifəsinə namizədi Kaxa Kaladze yerli seçkilərdə qələbəsini qeyd edir.

“Gürcü Arzusu”nun tərəfdarları partiyanın Tbilisidəki baş qərargahı qarşısına toplaşıb.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili çıxış edərək seçicilərə təşəkkürünü bildirib: “Bu qələbə bütün Gürcüstana məxsusdur. Seçicilərimiz və tərəfdarlarımıza minnətdarlığımı bildirirəm”.

O qeyd edib ki, bu gün ölkədə qütbləşməyə son qoyulub: “Sabahdan inkişaf və sabitlik dövrü başlayır”.