21 May 2024
Göygölün yeni prokuroru Rəsul Həsənov kimdir? - DOSYE

Göygölün yeni prokuroru Rəsul Həsənov kimdir? - DOSYE

13 Dekabr 2023
Baxış: 430

Bir neçə gün öncə Baş prokuror Kamran Əliyevin əmri ilə Rəsul Həsənov Göygöl rayon prokuroru vəzifəsinə təyin edilib.

AJMEDİA.İNFO Göygölün yeni prokuroru Rəsul Həsənovun dosyesini təqdim edir.

Həsənov Rəsul Bəhram oğlu, 07.08.1981-ci il tarixdə anadan olub. Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsində bakalavr, Bakı Dövlət Universitetinin hüquq fakültəsində magistr təhsili alıb.

2003-cü ildən prokurorluq orqanlarında qulluğa qəbul olunaraq, Sabirabad rayon prokurorluğunun müstəntiqi, Şəki rayon prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Ağcabədi rayon prokurorluğunun böyük müstəntiqi, Ağcabədi rayon prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin mühüm işər üzrə müstəntiqi, xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi və Gəncə şəhər prokurorunun müavini vəzifələrində qulluq keçib. Rəsul Həsənov ötən illərdən bağlı qalan cinayətlərin üstünün açılmasını, mürəkkəb və çoxepizodlu işlərin istintaqının yüksək peşəkarlıqla aparılmasını təmin edib.

Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Baş prokurorunun müvafiq əmrləri ilə dəfələrlə mükafatlandırılıb.

Ədliyyə müşaviridir. Ailəlidir, iki övladı var.