06 May 2024
“Global Photo Stock”un əməkdaşlarına settifikatlar təqdim olundu - FOTO

“Global Photo Stock”un əməkdaşlarına settifikatlar təqdim olundu - FOTO

12 Yanvar 2022
Baxış: 469

Gilavar Foto Klubunun dəstəyi ilə azərbaycanlı fotoqrafların beynəlxalq fotoqrafiya sahəsində nailiyyətləri davam edir. Xarici foto klublarla əldə olunan razılaşmalar çərçivəsində daha bir neçə fotoqraf beynəlxalq fəxri adlar əldə edib.

AJMEDİA.İNFO xəbər verir ki,müsabiqədə Rəşad Mehdiyev, Nurlan Tahirli, Fərqanə Qasımlı və Aleksandr Firstov Gürcüstan Fotoqraflar Assosiasiyasının fəxri adlarına layiq görülüblər. Bundan əlavə “Global Photo Stock”un əməkdaşları fotoqraflar - Rəşad Mehdiyev və Allahkərim Abbasova Gürcüstan Fotoqraflar Assosiasiyasının “Fəxri üzv”ü (Honorary Fellowship) adı təqdim olunub. Onlara sertifikatlar, döş nişanları və vəsiqələr təqdim olunub.

Xatırladaq ki, bundan öncə bir qrup azərbaycanlı fotoqraf dünyada UNESKO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatı olan Beynəlxalq Foto Sənəti Federasiyasının və Hindistanın Green Go foto klubunun fəxri adlarına layiq görülmüşdü.

Ölkədə fotoqrafiyanın inkişafına töhfə vermək, istedadlı fotoqrafları üzə çıxarmaq, onların bu sahəyə maraq göstərmələrinə, beynəlxalq foto müsabiqələrdə və sərgilərdə iştirak etmələrinə dəstək vermək və Azərbaycanı dünyada fotolar vasitəsi ilə tanıtmaq məqsədilə Gilavar Foto Klubu tərəfindən bu istiqamətdə davamlı olaraq addımlar atılır. Klub tərəfindən beynəlxalq foto təşkilatlar, xarici foto klublar ilə əlaqələr qurulur, birgə foto layihələr keçirilir.

Teqlər: fotoqraf