19 May 2024
General Həzi Aslanova AĞIR İTKİ

General Həzi Aslanova AĞIR İTKİ

19 İyul 2022
Baxış: 397

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanova ağır itki üz verib.

AJMEDİA.İNFO xəbər verir ki, generalın anası İffət Aslanova Mütəllim qızı uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında 77 yaşında dünyasını dəyişib.Onun Bakıda II Fəxri xiyabanda dəfn olunacağı bildirilir.

Qeyd edək ki, Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun nəvəsidir. Mərhum İffət Aslanova isə onun gəlini olub. (Qafqazinfo)