16 May 2024
Gəncədə oğul 72 yaşlı atasını baltaladı

Gəncədə oğul 72 yaşlı atasını baltaladı

03 Fevral 2024
Baxış: 432

Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib.

AJMEDİA.İNFO Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb.

O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur.

O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.