17 May 2024
Gəncə terrorunda onu xilas edən oğlanla evləndi - FOTOLAR

Gəncə terrorunda onu xilas edən oğlanla evləndi - FOTOLAR

08 Dekabr 2023
Baxış: 384

Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyevanın nikah mərasimi olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə aparıcı Lalə Azərtaş instaqram hesabında bildirib.

Sevilin ailə qurduğu gənc onu terror hadisəsi yaşanan gecə dağıntılar altından çıxaran şəxsdir. O həm də Sevilin sinif yoldaşı olub. O, Talış adlı gənclə ailə qurub.

Qeyd edək ki, 2020-ci il oktyabrın 11-də Gəncəyə atılan raket nəticəsində hər iki valideynini itirən Sevil və 8 yaşlı qardaşı Hüseyni ana nənəsi himayəsinə götürüb. Sevil Əliyeva Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.