18 May 2024
Gələn il üçün yaşayış minimumu TƏSDİQLƏNDİ - MƏBLƏĞLƏR

Gələn il üçün yaşayış minimumu TƏSDİQLƏNDİ - MƏBLƏĞLƏR

26 Dekabr 2023
Baxış: 506

2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.

AJMEDİA.İNFO-nun xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" qanunu imzalayıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.