17 May 2024
Gədəbəy icra başçısının bu sözləri GÜNDƏM OLDU: "Elə çəkin ki, eybəcər düşməyim" - VİDEO

Gədəbəy icra başçısının bu sözləri GÜNDƏM OLDU: "Elə çəkin ki, eybəcər düşməyim" - VİDEO

22 İyun 2023
Baxış: 596

Xəbər verdiyimiz kimi, bir neçə gündür Gədəbəy rayonunun Söyüdlü kəndində süni gölün yaradılması narazılıqlara səbəb olub.

AJMEDİA.İNFO xəbər verir ki, baş verən narazılıq kənd camaatı ilə polisi üz-üzə qoyub.

Baş verən hadisə ilə bağlı Gədəbəy Rayon İcra Başçısı Orxan Mürsəlov kənd camaatı ilə görüşüb.

İcra başçısının jurnalistlərin suallarını cavablandırarkən sərgilədiyi davranış sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.

Belə ki, icra başçısı jurnalistlərdən yaxşı düşməsi üçün onu bir az kənardan çəkmələrini istəyib:

"Məni bir az qırağdan çəkin ki, heç olmasa yaxşı düşüm".

Həmin görüntüləri təqdim edirik:


(azxeber.com)