17 May 2024
Füzulidə 26 yaşlı sürücü yük maşını ilə MİNAYA DÜŞDÜ

Füzulidə 26 yaşlı sürücü yük maşını ilə MİNAYA DÜŞDÜ

23 Mart 2022
Baxış: 428

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

AJMEDİA.İNFO bildirir ki, APA-nın yerli müxbirinin xəbərinə görə, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.