17 May 2024
Futbolçu faciəvi şəkildə öldü - FOTO

Futbolçu faciəvi şəkildə öldü - FOTO

23 May 2023
Baxış: 346

İtaliyalı futbolçu Qabriele Qallani faciəvi şəkildə ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Hollandiyanın paytaxtı Amsterdamda baş verib.

Mayın 20-nə keçən gecə 24 yaşlı idmançı gecə klublarının yerləşdiyi Kloveniersburqval ərazisində gəzərkən yoldaşlarından geri qalaraq, kanala düşüb.

Suya düşən şəxs barədə siqnal daxil olduqdan sonra xilasedicilər, o cümlədən dalğıclar, təcili tibbi yardım maşınları və aviasiya maşınları hadisə yerinə gəlib.

Ağır vəziyyətdə sudan çıxarılan şəxs xəstəxanaya yerləşdirilib və bir neçə saat sonra orada ölüb.(Lent.az)