18 May 2024
Fransaya satdığımız neftin həcmi və qiyməti açıqlandı – Rəsmi

Fransaya satdığımız neftin həcmi və qiyməti açıqlandı – Rəsmi

16 Oktyabr 2023
Baxış: 518

Bu ilin ilk 8 ayı ərzində Azərbaycan Fransaya 127 milyon 658 milyon dollar dəyərində məhsul ixrac edib.
AJMEDİA.İNFO
yeniavaz.com-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə Fransaya ixrac dəyər ifadəsində 2,7 dəfə artıb.
Belə ki, ötən ilin ilk 8 ayında Azərbaycanın Fransaya ixracı 47 milyon 716 min dollar olub.
Qeyd edək ki, Fransaya ixracın 93%-ni xam neft təşkil edib. Bu ilin ilk 8 ayında Azərbaycan Fransaya 118,6 milyon dollar dəyərində 199 min ton neft satıb. Rəqəmlərdən də göründüyü kimi Azərbaycan neftin 1 barelini 82 dollara (1 ton – 596 dollar) satıb.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycan Fransaya 43,4 milyon dollar dəyərində 46,3 min ton neft satıb. Fransaya satılan neftin 1 barelinin orta qiyməti 128,5 dollar (1 ton – 938 dollar) olub.
Açıqlanan rəsmi məlumatlar göstərir ki, Fransaya ixrac olunan neftin həcmi son bir ildə 4,3 dəfə artıb. Satılan neftin 1 barelinin orta qiyməti isə 57% azalıb.//Yeniavaz.com