18 May 2024
Fransanın La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib

Fransanın La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib

10 Mart 2024
Baxış: 412

Fransada Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallığın ardınca daha bir vəhşilik baş verib.

Kult.az xəbər verir ki, La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib.

Vandallar abidənin yanına qırmızı boya töküblər, körpə gəlinciklər atıblar.

Qeyd edək ki, Simon Veyl həm də Fransanın keçmiş həmrəylik və səhiyyə naziri olub.

Xatırladaq ki,yanvar ayında Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli vandalların hücumuna məruz qalmışdı. Heykəlin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).