18 May 2024
Fransada milyarder deputat helikopter qəzasında ölüb

Fransada milyarder deputat helikopter qəzasında ölüb

08 Mart 2021
Baxış: 1115

Fransız millət vəkili və iş adamı Olive Dasso bazar günü Normandiyada helikopter qəzasında ölüb.

AJM xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “Twitter” səhifəsində yazıb.

"Olive Dasso bir iş adamı və millət vəkili olaraq vətəninə xidmət etdi. Ölümü böyük bir itkidir”, deyə Makron vurğulayıb.

Qeyd edək ki, 69 yaşlı siyasətçi parlamentin aşağı palatasında sağçı Respublikaçıları təmsil edirdi. Onun sərvəti 5 milyard avrodur.

Helikopterin pilotunun da öldüyü bildirilib.

Teqlər: Fransa