18 May 2024
Fransa Prezidentliyinə qalmaqallı namizəd Ermənistandan Türkiyəyə “MEYDAN OXUDU”

Fransa Prezidentliyinə qalmaqallı namizəd Ermənistandan Türkiyəyə “MEYDAN OXUDU”

14 Dekabr 2021
Baxış: 864

Fransalı yazıçı, jurnalist və prezidentliyə namizəd Erik Zemmur Ermənistana üçgünlük səfər edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində paylaşım edib.

Türkiyə-Ermənistan sərhədində - Ağrı dağı fonunda foto çəkdirən Zemmur paylaşımında bu sözləri yazıb:

“Burada, Türkiyə-Ermənistan sərhədində Ağrı dağı ilə üzbəüz dayanaraq demək istəyirəm ki, ermənilər əsrlər boyu müqavimət nümunəsi (? – red.) olublar”.

Qeyd edək ki, fransalı yazarın tarixi bilərəkdən təhrif edərək erməni terrorizmini “müqavimət nümunəsi” kimi təqdim etməsi Fransanın Türkiyəyə qarşı dövlət siyasətinin tərkib hissəsi təəssüratı yaradır.(Axar.az)