17 May 2024
Fransa prezidentliyinə namizəd seçiciləri çipslərlə ələ almağa çalışdı - FOTO

Fransa prezidentliyinə namizəd seçiciləri çipslərlə ələ almağa çalışdı - FOTO

22 Yanvar 2022
Baxış: 461

Fransa Vergi Ödəyiciləri Assosiasiyasının siyasi təmsilçisi Nikolas Miqe Fransanın Sen-Vio şəhəri yaxınlığındakı kəndlərin şura üzvlərinə çips qutuları göndərib.

AJMEDİA.İNFO xəbər verir ki,Bununla da o, qarşıdan gələn prezident seçkilərində namizədliyini irəli sürmək üçün onların imzalarını təmin etməyə çalışıb.

Belə ki, mövcud qanunvericiliyə görə, Fransa Respublikasının prezidentliyinə namizəd seçkili vəzifəli şəxslərdən 500 imza toplamalıdır.

Qeyd edək ki, Nikolas Miqe 2002-ci ildən bəri hər dəfə prezidentliyə namizəd olmağa çalışır, lakin hər dəfə də ictimaiyyətin dəstəyini qazana bilmir. Bu dəfə də “əbədi namizəd”in cəhdi baş tutmayıb.

Xatırladaq ki, Fransada prezident seçkiləri 2022-ci ilin aprelində keçiriləcək.