17 May 2024
"Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanıya bilər" - Paris merindən ŞOK AÇIQLAMA

"Fransa "Dağlıq Qarabağ Respublikası"nı tanıya bilər" - Paris merindən ŞOK AÇIQLAMA

04 Oktyabr 2021
Baxış: 715

Parisin meri, həmçinin 2022-ci ildə keçiriləcək prezident seçkilərində də iştirak edəcək Ann İdalqo, Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanıya biləcəyini açıqlayıb.

AJMEDİA.İNFO xarici mediaya istinadən xəbər verir ki, İdalqo tweet ataraq Fransanın “Dağlıq Qarabağ Respublikası”nı tanıya biləcəyinə işarə edib. O bununla fransız yazıçısı və filosof Bernard-Henri Levinin milli azlıqları dəstəkləmək istiqamətində yazdığı fikirlərlə qəti şəkildə razılaşdığını dilə gətirib.

Qeyd edək ki, türklər Vyana küçələrinə çıxıb guya erməniləri təhdid etməyə başlayanda, fransız filosof ermənilərlə həmrəy olduğunu bildirmişdi.

Bernard-Henri Levi, “Dağlıq Qarabağda Ermənistana dəstək vermək siyasi, əxlaqi və metafizik bir imperativdir” – deyə yazırdı.(konkret.az)