06 May 2024
FIFA ötən ilin ən yaxşılarını açıqladı - FOTO/VİDEO

FIFA ötən ilin ən yaxşılarını açıqladı - FOTO/VİDEO

17 Yanvar 2022
Baxış: 703

FIFA ötən ilin yekunlarına əsasən “The Best” mükafatlarının sahiblərini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki,Mərasim qurumun rəsmi saytı vasitəsilə canlı olaraq yayımlanıb.

İlin ən yaxşı futbolçusu Polşa millisi və “Bavariya”nın hücumçusu Robert Levandovski seçilib.

İlin ən yaxşı qoluna təqdim edilən Puşkaş mükafatı bu dəfə “Arsenal”ın qapısından keçirdiyi topa görə “Tottenhem”in futbolçusu Erik Lamelaya verilib.

İlin ən yaxşı qapıçısı “Çelsi”nin qolkiperi Eduard Mendi olub. Həmçinin, klubun çalışdırıcısı Tomas Tüxel ilin məşqçisi nominasiyasında qalib gəlib.

Portuqaliya millisi və “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldu isə FIFA-nın xüsusi mükafatına layiq görülüb.

Danimarka millisi “Fair Play” mükafatına sahib çıxıb. Bu ölkənin fanatları isə finlandiyalı futbol təəssübkeşlərilə birlikdə 2021-ci ilin ən yaxşı azarkeşləri mükafatına layiq görülüblər.

FIFA ilin rəmzi heyətini də açıqlayıb.

Donnarumma, Alaba, Bonuççi, Diaş, De Bruyne, Jorjinyo, Kante, Levandovski, Messi, Holand və Ronaldu rəmzi “11-liy”i təşkil ediblər.

Resim

Teqlər: FIFA