17 May 2024
Fətəli Axundzadə vəzifəsindən AZAD EDİLDİ - FOTO

Fətəli Axundzadə vəzifəsindən AZAD EDİLDİ - FOTO

28 Fevral 2024
Baxış: 317

Babək rayon Mədəniyyət İdarəsinin müdiri Fətəli Müslüm oğlu Axundzadə vəzifəsindən azad olunub.

AJMEDİA.İNFO xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri vəzifəsinin müvəqqəti icraçısı, nazir müavini Həsən Seyidov əmr imzalayıb.

Əmrə əsasən, Babək rayon Mədəniyyət İdarəsinin müdiri vəzifəsinin icrası müvəqqəti olaraq qurumun məsləhətçisi Yusif Vüqar oğlu Səfərliyə həvalə edilib.