17 May 2024
Fələstinli İsrail hərbiçilərinin üzərinə avtomobili sürərkən güllələndi

Fələstinli İsrail hərbiçilərinin üzərinə avtomobili sürərkən güllələndi

06 Aprel 2021
Baxış: 1315

Avtomobil idarə edən Fələstinli, İordan çayının Qərb sahilindəki keçid məntəqəsində toplaşmış bir qrup İsrail əsgərlərinin üzərinə sürdüyü zaman əsgərlər tərəfindən zərərləşdirilib. Bunu, Çərşənbə axşamı İsrail Dövlət Radio Stansiyası "KAN" Fələstin Səhiyyə Nazirliyinin hərbi nümayəndələrinə istinad edərək elan etmişdir.

İsrailin müdafiə ordusunun mətbuat xidməti, "Ramallanın Bir-Nabala kəndindəki İsrail ordusunun əməliyyat hərəkətləri zamanı "Yoxlama məntəqəsindəki hərbçilər, yolun kənarında dayanan və sonra birdən-birə sürətlənərək, həyatlarına təhlükə yaranan əsgərə doğru irəliləməyə başlayıb. Əsgərlər onlara qarşı təhdidin qarşısını almaq üçün atəş açıblar." mətbuat xidməti elavə olaraq İsrail əsgərləri tərəfindən heç kimin xəsarət almadığını qeyd edib.