19 May 2024
Fələstin öz valyutasını buraxmağa HAZIRLAŞIR

Fələstin öz valyutasını buraxmağa HAZIRLAŞIR

28 İyun 2021
Baxış: 601

Fələstin İsraildən pul müstəqilliyi qazanmaq üçün rəqəmsal valyuta buraxmağa hazırlaşır.

AJMEDİA.İNFO xəbər verir ki, Fələstin Pul İdarəsi İsraildən maliyyə müstəqilliyi əldə etmək üçün hərəkətə keçib.

1990-cı ildə İsraillə imzalanan müqaviləyə görə, fələstinlilər yalnız İsrail şekeli, ABŞ dolları, İordaniya dinarı ilə pul əməliyyatları həyata keçirə bilərdi.

Məlumata görə, Fələstin Pul İdarəsi rəqəmsal pulla bağlı iki araşdırma aparıb. Hələlik bu araşdırmalarla bağlı qəti qərara gəlinməyib.