19 May 2024
Fələstin lideri İsrail və ABŞ-la bütün razılaşmalardan çıxdıqlarını elan edib

Fələstin lideri İsrail və ABŞ-la bütün razılaşmalardan çıxdıqlarını elan edib

20 May 2020
Baxış: 566

Fələstin İsrail hökumətinin Fələstin torpaqlarını ilhaq etmək niyyətinə görə İsrail və ABŞ-la bütün razılaşmaları ləğv etmək qərarına gəlib.

AJM RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Fələstin Dövlətinin lideri Mahmud Abbas Əl-Cəzirə telekanalında canlı yayımda deyib.

Fələstin lideri bildirib ki, Fələstin Azadlıq Təşkilatı və Fələstin dövləti bu gündən etibarən ABŞ və İsrail hökumətləri ilə, o cümlədən təhlükəsizliklə əlaqəli olan bütün razılaşmalar üzrə bütün öhdəliklərdən imtina edir.

Mahmud Abbas qeyd edib ki, Fələstini beynəlxalq təşkilatlar və qurumların tərkibinə daxil etməyin vaxtı çatıb: “Beynəlxalq birliyə üzv olduğumuz ərəb, islam və regional sazişlərə beynəlxalq qanunlara sadiq olduğumuzu, və istənilən formada beynəlxalq terrorizmlə mübarizəyə sadiq olduğumuzu bir daha təsdiq edirik”.

O əlavə edib ki, Fələstin üçüncü tərəfin vasitəçiliyi ilə Fələstin-İsrail qarşıdurmasına dair danışıqlara qayıtmağa hazırdır.