18 May 2024
“Əxlaqsız gədə türklərin matəm günündə bambılı kimi ad günü keçirib” - Nadiri biabır etdilər

“Əxlaqsız gədə türklərin matəm günündə bambılı kimi ad günü keçirib” - Nadiri biabır etdilər

20 Fevral 2023
Baxış: 630

Xəbər verdiyimiz kimi, müğənni Nadir Qafarzadə Türkiyədə baş verən zəlzələdən sonra matəm günü olmasına baxmayaraq, özünə təmtəraqlı ad günü məclisi təşkil edib. O, doğum gününü paytaxt restoranlarının birində keçirib və konsert məclisinə müğənninin sənət dostları da dəvət olunub.

Pravda.az xəbər verir ki, məsələyə münasibət bildirən yazıçı-filoloq hacı Cəfər Cəfərli müğənninin bu hərəkətini kəskin şəkildə pisləyib.

O, insanlardan Nadir Qafarzadəni şənliklərə dəvət etməməyə çağırıb:

“Türk xalqı adına ləkə olan bu əxlaqsız gədə türklərin matəm günündə bambılı kimi ortalığa düşüb özünə ad günü keçirib. Hələ utanmaz-utanmaz əndazəni aşaraq özünün türk olmadığını bəyan edib.Toy və digər şənlik keçirəcək şəxslərdən xahiş edirəm, bu bambılını boykot etsinlər, xeyir işlərinə dəvət etməsinlər. Axı o, nə oxuyur, haranın sənətkardır?

Sizin hamınızı Nadiri boykot etməyə çağırıram”.

Kanal.az