17 May 2024
"Etiraf edirəm, iki aylıq müharibədən və qurbanlardan sonra qocaldım" - VOLODİMİR ZELENSKİ + FOTO

"Etiraf edirəm, iki aylıq müharibədən və qurbanlardan sonra qocaldım" - VOLODİMİR ZELENSKİ + FOTO

29 Aprel 2022
Baxış: 574

“Time” jurnalının yeni sayının üz qabığında Ukrayna Prezidenti Volodimir Zelenskinin fotosu dərc olunub.

AJMEDİA.İNFO xəbər verir ki, buna jurnalist Saymon Şusterin Ukrayna prezidentinin müharibənin ilk gününü necə keçirməsi barədə məqaləsinə də yer verilib.

Jurnalistin sözlərinə görə, müharibənin ilk saatlarında Kiyevdə Rusiya xüsusi təyinatlıları prezidenti tutmaq və ya öldürmək məqsədi ilə V.Zelenski, ailəsi və yaxın ətrafının yaşadığı kompleksə qədər yaxınlaşa bilib.

“Müharibənin ilk gecəsi hökumət kvartalı ətrafında atışma baş verdi. Kompleksin mühafizəçiləri işığı söndürdü, Zelenski və onlarla köməkçisi üçün zirehli gödəkçələr gətirdilər. Onların çox az hissəsi bu təchizatla necə davranacağını bilirdi. Rusiya xüsusi təyinatlıları iki dəfə kompleksə hücuma cəhd etdi, ancaq onların hücumlarının qarşısı alındı.

Daha sonra Ukraynanın çox tab gətirməyəcəyini ehtimal edən amerikalılar Zelenskini təxliyə etməyi və Polşanın şərqində hökuməti təşkil etməyə yardım təklif etdilər. Ancaq Zelenski qorunan telefon xətti vasitəsilə bildirdi ki, ona təxliyə deyil, güllə lazımdır”.

S.Şuster onu da yazıb ki, Ukrayna prezidenti ona iki aylıq müharibədən və bu qədər qurbanlardan sonra gördüyü qəddarlıq qarşısında qocaldığını etiraf edib.