19 May 2024
Ermənistanı təxribatlara təhrik edən ÖLKƏLƏR – SİYAHI

Ermənistanı təxribatlara təhrik edən ÖLKƏLƏR – SİYAHI

04 Sentyabr 2023
Baxış: 602

Ermənistan bütün sahələrdə Azərbaycana qarşı səfərbər olub. Bu səfərbərlik Cənubi Qafqazda davamlı sülhə ciddi təhdid yaradır. Bu da o deməkdir ki, regional təhdidə Ermənistanı vadar edən dövlətlər var.

Bəs, bunlar hansı dövlətlərdir?


Fransa

Avropada liderlik iddiasında olan Fransa bu yolda özünə əsas rəqiblərdən biri kimi Türkiyəni görür. Rəqibinin əl-qolunu bağlamaq və Avropadakı erməni diasporundan daha çox yararlanmaq istəyən rəsmi Paris Türkiyə ilə paralel Azərbaycanın da üzərinə gəlir. Çünki, Türkiyə Azərbaycanın tərəfdaşı kimi yox, onunla eyni mövqedən çıxış edir. Ona görə də Yelisey sarayındakılar Türkiyənin Cənubi Qafqazda və Orta Asiyada artan nüfuzuna əngəl olmaq üçün erməni kartından istifadə edir.

İran

Molla-fars rejimi güclü Azərbaycanı görmək istəmir. Bunun bəlli səbəbləri var. Ona görə də İran müxtəlif təxribatlarla məşğul etməklə Azərbaycanın iqtisadi inkişafını əngəlləmək istəyir. Azərbaycana qarşı rəsmi Tehran ən yaxşı alət kimi Ermənistanı görür. Ona görə də molla-fars rejimi var gücü ilə Ermənistana iqtisadi-siyasi dəstək verir və ermənilərə davamlı təxribatlara təhrik edir.

Avropa İttifaqı

Bir çox Avropa dövlətləri də Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir. Çünki, Azərbacan Avropanın enerji təhlükəsizliyində xüsusi çəkisi olan bir dövlətdir. Belə bir statusa malik ölkənin Avropaya təsir imkanlarını minimuma endirmək üçün bir sıra Avropa dövlətləri Azərbaycanın zəifləməsini və “üzüyola dövlət” olmasını istəyir. Bunun üçünsə Cənubi Qafqazda sabitliyin olmaması vacib şərtdir.

Rusiya

Moskva Azərbaycan-Ermənistan danışıqlarında özünü moderator kimi görsə də davamlı sülhün olmasını istəmir. Çünki, Rusiya Cənubi Qafqaza özünün “arxa baxça”sı kimi baxır. Əgər bu regionda davamlı sülh olsa, onda Rusiyanın Azərbaycana təsir imkanları tamamilə aradan qalxa bilər. Əlverişli geopolitik mövqeyə və zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanın sürətli inkişafı və dinc yaşaması bu mənada Kremlin hazırkı planlarına daxil deyil.

ABŞ

ABŞ sözdə Azərbaycanı özünün strateji tərəfdaşı kimi gördüyünü desə də reallıqda proseslər bunun əksinə inkişaf edir. Ağ Ev ilk növbədə Azərbaycanı idarəolunan ölkə kimi görmək istəyir. Lakin, Azərbaycanın prinsipial və qətiyyətli mövqeyi Vaşinqtonun maraqlarının əleyhinədir. Ona görə də ABŞ Azərbaycana daha çox təsir rıçaqlarına malik olmaq üçün Cənubi Qafqazda davamlı sülhün olmasını istəmir.

Hindistan

Azərbaycanın sülh və əmin-əminamanlıq şəraitində yaşamasını istəməyən dövlətlərdən biri də Hindistandır. Rəsmi Dehli üçün Azərbaycanın qüdrətli dövlət olmamasını şərtləndirən arqumentlər var. Bu həm Azərbaycan-Türkiyə, həm Azərbaycan-Pakistan münasibətləri ilə bağlıdır. Burda Hindistan-İran-Ermanistan maraqları da xüsusi rol oynayır.

Vatikan

Azərbaycan bir müsəlman və türk dövlətidir. Belə bir dövlətin dinclik və əmin-əmanlıq şəraitində yaşaması Vatikanın planlarına daxil deyil. Çünki, Vatikanın planında əsas xətlərdən biri odur ki, müsəlmanlar hər zaman müharibə və səfalət içərisəndə yaşamalıdır. Azərbaycanın sürətli inkişafı bu mənada Vatikan üçün narahatlıq yaradır. Üstəlik, xristian həmrəyliyini də unutmamalıyıq.

Göründüyü kimi Cənibi Qafqazda davamlı sülhün olmamasını istəməyən kifayət qədər güclər var. Çünki, qlobal güclərin regionda maraqları əsasən üst-üstə düşmür, toqquşur. Maraqların toqquşduğu yerdə isə hər zaman ermənilər kimi sülhü pozmağa hazır qüvvələr var. Çünki, ermənilərin xisləti budur. Onların mayası şeytançılıqdan, nifaqdan və təxribatdan yoğrulub.

Daha dəqiq desək, ermənilərin çörəyi bundan çıxır. Bizim.Media