21 May 2024
"Ermənistanda sinaqoqun təhqir edilməsini şiddətlə qinayır və pisləyirik" - David Seliverstov

"Ermənistanda sinaqoqun təhqir edilməsini şiddətlə qinayır və pisləyirik" - David Seliverstov

04 Oktyabr 2023
Baxış: 881

“Biz tez-tez mətbuatdan ermənilər tərəfindən yəhudi millətinin ibadət evlərinə cinayətkar hücumların, təhqirlərin şahidi oluruq. Biz bu hücumları şiddətlə qınayır və pisləyirik. Çünki, məscid də, sinaqoq da, kilsə də Tanrının evi hesab edilir. Onlara hücum etmək, insanların inam, etiqad və mənəviyyatına hücum etmək deməkdir.”- Bu sözləri AJMEDIA.İNFO-a Magen David Groupun rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov bildirib.

.

İrəvanda ermənilər sinaqoqa hücum ediblər. Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Belə ki, sinaqoqun divarına boya çəkib, daha sonra isə pəncərəsini sındıraraq, içəriyə naməlum predmet atıb, təxribat xarakterli davranışı lentə alıblar.

Bu kimi hadisələr bizə Ermənistanın Azərbaycanın əzəli torpaqlarına işğalçılıq siyasəti nəticəsində bu günə kimi qarşılaşdıımız dəhşətli hadisələri xatırladır.
Ermənistan bu gün dövlət səviyyəsində Avropa yəhudilərinin qətliamında iştirak etmiş faşistləri və antisemitlərin xatirəsini əbədiləşdirir. Onlardan hansısa müsbət addımları gözləmək mümkün deyil.


Biz tez-tez mətbuatdan ermənilər tərəfindən yəhudi millətinin ibadət evlərinə cinayətkar hücumların, təhqirlərin şahidi oluruq. Biz bu hücumları şiddətlə qınayır və pisləyirik. Çünki, məscid də, sinaqoq da, kilsə də Tanrının evi hesab edilir. Onlara hücum etmək, insanların inam, etiqad və mənəviyyatına hücum etmək deməkdir.