17 May 2024
“Ermənistanda mənə “türk” deyirlər, bu, təhqir deyil…” - PAŞİNYAN

“Ermənistanda mənə “türk” deyirlər, bu, təhqir deyil…” - PAŞİNYAN

12 Dekabr 2022
Baxış: 368

“Sülhün bərqərar olması üçün regional münasibətlərin məzmununu və keyfiyyətini dəyişmək lazımdır”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda keçirilən forumda çıxışı zamanı deyib.

O iddia edib ki, bölgədə regionda sülhün bərqərar olması üçün sadə, lakin vacib şeylərdən başlamaq lazımdır.


Onun sözlərinə görə, soyqırımılarının qarşısının alınması mövzusu xalqlar arasında düşmənçiliyin pisləşməsinə və dərinləşməsinə səbəb olmamalıdır. Paşinyan Ermənistanda və ya Azərbaycanda siyasi opponentləri aşağılamaq üçün “türk” və ya “erməni” terminlərindən istifadə edilməsinə qarşı da çıxıb. O belə praktikaya son qoyulmasının vacibliyini bəyan edib.

Baş nazir qeyd edib ki, Ermənistanda onun özünü də çox vaxt “türk” adlandırırlar. Ancaq o bunu özünə təhqir kimi qəbul etmir. Buna baxmayaraq, sülhə nail olmaq istəyi varsa, bu çirkin əmələ son qoyulmalıdır. Etnik qrupların adları isə heç vaxt təhqir kimi seçilməməlidir.

Paşinyan hətta bu kontekstdə Ermənistan, Gürcüstan və Azərbaycanın iştirakı ilə regional dialoq formatı da təklif edib. Onun fikrincə bu, regional əməkdaşlığa töhfə verə biləcək. (AzVision.az)