20 May 2024
Ermənistanda hərbi missiya açmışıq - Fransanın müdafiə naziri

Ermənistanda hərbi missiya açmışıq - Fransanın müdafiə naziri

01 Oktyabr 2023
Baxış: 679

Fransa Ermənistanın müdafiə ehtiyaclarını öyrənir.

Franceinfo xəbər verir ki, bunu radiostansiyaya müsahibəsində Fransanın müdafiə naziri Sebastyan Lekornu deyib.

Jurnalistin Fransanın Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün hərbi müdaxilə edə bilərmi sualını şərh edən Lekornu deyib ki, prezident Makron vəziyyəti şəxsən izləyir:

“Mən bir neçə dəfə Ermənistanın müdafiə naziri ilə görüşmüşəm. Bundan əlavə, özümü erməni həmkarı ilə bu qədər əlaqədə olan ilk hərbi nazir hesab edirəm. Biz Ermənistanda indiyədək mövcud olmayan və Ermənistan ordusu və Ermənistan hakimiyyəti ilə gündəlik dialoq aparmağa imkan verən müdafiə missiyası açmışıq”.

Ermənistanın problemləri ilə bağlı Fransadan hərbi müdaxilənin olub-olmayacağı ilə bağlı sualı cavablandıran Lekornu buna inanmadığını və bu suala Respublika Prezidenti və Ali Baş Komandan tərəfindən cavab verilməli olduğunu vurğulayıb.