06 May 2024
Ermənistanda bütün səslər sayıldı - Qalib Paşinyandır

Ermənistanda bütün səslər sayıldı - Qalib Paşinyandır

21 İyun 2021
Baxış: 546

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərində bütün 2008 seçki məntəqələrindən əldə olunmuş səslər sayılıb.

AJMEDİA.info bildirir ki, MSK-nın açıqladığı məlumata görə, Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərində qalib gəlib. O, seçicilərin 53,92 faizinin etimadını qazanıb. Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə 21,04 faiz səslə ikinci olub.

“Mənim şərəfim var” bloku 5,23 faiz, “Çiçəklənən Ermənistan” partiyası isə 3,96 faiz səslə uduzublar. “Aydınlanmış Ermənistan” – 1,22 faiz, Erməni Milli Konqresi – 1,54% faiz səslə sonuncu pillədə qərarlaşıblar.

Ermənistandakı seçkilərdə 1 milyon 281 min 911 nəfər səs verib.