25 Aprel 2024
Ermənistan yenə təxribata əl atdı: Hərbçiləri əsir götürüldü - RƏSMİ

Ermənistan yenə təxribata əl atdı: Hərbçiləri əsir götürüldü - RƏSMİ

27 May 2021
Baxış: 561

Mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.

Bu barədə AJMEDİA.info Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.