18 May 2024
Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Ermənistan və Yunanıstan hərbi əməkdaşlıq haqqında saziş imzalayacaqlar

31 Avqust 2023
Baxış: 510

Ermənistan və Yunanıstanın müdafiə nazirlikləri hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalamağa hazırlaşırlar.

Məlumata görə, Ermənistan hökumətinin bugünkü iclasında hərbi-texniki əməkdaşlıq haqqında sazişin təsdiqi məsələsi müzakirə olunacaq.

“Saziş silah, döyüş sursatı və partlayıcı maddələrin istehsalı üçün texnologiya və texniki dəstəyin verilməsi, döyüş sursatı istehsalı sahəsində məlumat və təcrübə mübadiləsi, hərbi məhsullar və onların istehsalı sahəsində tədqiqatlar kimi mühüm əməkdaşlıq sahələrini əhatə edir”, - məlumatda qeyd olunur.

Mənbə: Hraparak