17 May 2024
"Ermənistan üçün qayıdış yoxdur, Qarabağ birmənalı Azərbaycandır" - Baş zabit Qraudinş

"Ermənistan üçün qayıdış yoxdur, Qarabağ birmənalı Azərbaycandır" - Baş zabit Qraudinş

15 Sentyabr 2021
Baxış: 719

“Mən Ermənistanda tez-tez olurdum. Orada çoxlu politoloq həmkarım var. 2015-ci ildə sonuncu səfərim zamanı erməni həmkarlarım açıq mətnlə mənə bildiriblər ki, erməniləri gələcəkdə Qarabağla bağlı çox böyük problemlər gözlənilir, Ermənistanın siyasi və hətta hərbi məğlubiyyəti istisna olunmur. Mən onların bu bədbin əhval-ruhiyyəsinin səbəbi ilə maraqlandım. Onlar bunu belə izah etdilər ki, Ermənistanda Qərbin hazırladığı fiqurlar hakimiyyətə can atır. Qərbin Ermənistanın içindən Rusiyaya qarşı nüfuz edə biləcək nəhəng “beşinci kolon”u fəaliyyət göstərir”.

AJMEDİA.İNFO xəbər verir ki, bu fikirləri hərbi ekspert, Latviya Silahlı Qüvvələrinin baş zabiti Einars Qraudinş bölüşüb.

Onun sözlərinə görə, bu, Qərb tərəfdaşlarının fəaliyyət göstərdiyi standart sxemdir.

“Əlbəttə, bu debil siyasət nəticəsində Ermənistan hərbi və siyasi mənada məhv oldu. Bu gün, ola bilsin ki, biz sizinlə hələ sona qədər başa düşmürük, amma bu zərbə Ermənistanın həm xarici, həm də daxili siyasətində onilliklər ərzində öz sözünü deyəcək. Ən başlıcası isə bu vəziyyətdə heç bir “qayıdış” yoxdur. Qarabağ Azərbaycandır! Bu, birmənalıdır!” – deyə o bildirib.(Axar.az)