19 May 2024
"Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir." - Anatoliy Rafailov

"Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir." - Anatoliy Rafailov

04 Oktyabr 2023
Baxış: 913

İrəvanda antisemit Mordechai Navi sinaqoquna boya tökərək şüşəni sındırılaraq, telegram kanallarında sinaqoqa hücumun görüntüləri yayılıb.
"Ermənistan tarixində antisemitizm təzahürləri olub. Lakin bu antisemitizm aktı daha da qəbuledilməzdir və pislənir. Ermənistan demək olar ki, bütün dünya platformalarında bəyan edir ki, demokratik dövlət qurur, lakin antisemitizm, digər dinlərə və millətlərə qarşı dözümsüzlüyün istənilən forması demokratik və humanist dəyərlərlə bir araya sığmır. Ümid edirəm ki, Ermənistan hakimiyyəti bu hadisənin araşdırılması üçün operativ tədbirlər görəcək, günahkarları cəzalandıracaq və gələcəkdə belə hallara yol verməyəcək." Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov bildirib.

.
Həmçinin Ermənistan cəmiyyətində hələlik görünməyən bu cür zorakılıq və dözümsüzlük cəmiyyət və hüquq-mühafizə orqanları tərəfindən qəti şəkildə pislənməlidir. İrəvan hakimiyyətinin və yerli hakimiyyət orqanlarının Ermənistanda qalan kiçik yəhudi icmasına dəstək verməsi və Mordexay Navi sinaqoqunun bərpasına kömək etməsi vacibdir.

.
Bu kimi hadisələr bizə antisemitizm və nifrətin digər formaları ilə mübarizənin vacibliyini xatırladır. Cəmiyyət bu cür dözümsüzlük təzahürlərinə yekdilliklə qarşı çıxmalı, fərqliliyə və tolerantlığa hörməti təbliğ etməlidir. Ermənistan tolerantlığı qonşu dövlətlərdən öyrənməlidir. Xüsusilə, Azərbaycanda bütün konfessiyalara mehriban münasibət var, təkcə məscidlər deyil, sinaqoqlar, kilsələr də sərbəst fəaliyyət göstərir. Bakının mərkəzində isə erməni kilsəsi var və ona heç kim hücum etmir. Azərbaycanda bütün dini obyektlərə hörmətlə yanaşılır.