18 May 2024
Ermənistan Prezidentinin müşaviri öldü

Ermənistan Prezidentinin müşaviri öldü

24 Sentyabr 2021
Baxış: 328

Ermənistan Prezidenti Armen Sarkisyanın müşaviri Hamlet Qasparyan 71 yaşında ölüb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “news.am” yayıb.

Məlumata görə, o, bu bəzifəyə 2018-ci ildə təyin edilib.

Hamlet Qasparyan 1950-ci il mayın 20-da İrəvanda anadan olub. İrəvan Dövlət Universitetinin Xarici dillər fakültəsini bitirib. O, Xarici İşlər Nazirliyində, ölkəsinin Böyük Britaniya və Fransadakı səfirliklərində birinci katib və müşavir vəzifələrində, telekanalda, qəzetlərdə işləyib.